Türkiyənin ədliyyə naziri ABŞ-ın baş prokuroru ilə Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək

Türkiyənin ədliyyə naziri ABŞ-ın baş prokuroru ilə Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək
23:02 11 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın 26-27-də ABŞ-a səfəri zamanı bu ölkənin baş prokuroru Loretto Linçlə Fətullah Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək.
"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə nazir özü jurnalistlərə xəbər verib.
"Oktyabrın 25-də ABŞ-a gedəcəm. ABŞ-ın baş prokuroru ilə görüşüm oktyabrın 26-27-ə planlaşdırılır. Səfərin əsas məqsədi FETÖ rəhbəri ilə bağlı ABŞ-a təqdim etdiyimiz hüquqi sənədləri və çevriliş cəhdiylə əlaqədar onun müvəqqəti həbsi haqqında sorğumuzu müzakirə etməkdir" – deyə Bozdağ jurnalistlərə bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkiyenin-edliyye-naziri-abs-in-bas-prokuroru-ile-gulenin-hebsi-ve-ekstradisiyasini-muzakire-edece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR