Gülən veriləcəkmi?

Gülən veriləcəkmi?
23:05 11 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nazir bildirib ki, görüş zamanı Abdulla Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.   
 
"Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir", - deyə Bozdağ jurnalistlərə bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR