Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hər yeddi saniyədə bir qız uşağı zorla ərə verilir - HESABAT

Hər yeddi saniyədə bir qız uşağı zorla ərə verilir - HESABAT

Date: 11 October 2016 23:17

"Dünyada hər yeddi saniyədə 15 yaşdan kiçik bir qız uşağı ǝrǝ verilir".
 
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu məlumat "Save the Children" (Uşaqları qoruyun) təşkilatının hesabatında yer alıb.
 
"Hər bir qız uşağı" adlı hesabatda ölkələr tǝhsil, uşaq hesab edilǝn yaşda ailǝ qurmaq, hamilə olmaq, ana ölümləri və parlamentdəki qadın deputat sayına görə sadalanıb.
 
144 ölkənin olduğu siyahıda ilk üç yeri İsveç, Finlandiya və Norveç tutub. Sıralamanı Çad, Niger, Mərkəzi Afrika Respublikası, Mali və Somali başa vurub.
 
Yardım tǝşkilatının araşdırmasına görə Əfqanıstan, Yəmən, Hindistan və Somalinin də aralarında olduğu bəzi ölkələrdə 10 yaşlı qız uşaqları belǝ ǝrǝ getmǝyǝ mǝcbur edilirlǝr. Bu da onların həyatlarının hər mǝrhǝlǝsindǝ çǝtinliklǝrlǝ qarşılaşmalarına sǝbǝb olur. Hesabatda vurğulanıb ki, qız uşaqlarını kiçik yaşda ǝrǝ verməyə məcbur edən sǝbǝblǝrin başında qarşıdurma, yoxsulluq və insani böhranlar gedir.
Milli.Az


Tags:  Hər yeddi saniyədə qız uşağı zorla ərə verilir HESABAT

RƏYLƏR


Top news