Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İrandan təhdid: "Borcunu ödə, yoxsa..."

İrandan təhdid: "Borcunu ödə, yoxsa..."

Date: 11 October 2016 23:22

İraq hökuməti ortaq qaz boru xətti ilə bağlı razılaşmaya uyğun olaraq vaxtında ödəməni həyata keçirməsə, qaz nəqlini dayandıracağıq.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın Neft nazirinin müavini və Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza İraki deyib.
 
O bildirib ki, rəsmi Bağdad yaşadığı iqtisadi problemlərdən dolayı ödənişi həyata keçirməkdə çətinlik çəkir:
 
"İraq aylardır ki, ödəniş həyata keçirmir. Layihənin aparıcı şirkəti özəl olduğundan ödəniş aparılmadan qaz ixrac edə bilmərik".
 
Qeyd edək ki, 2013-cü ildə İran və İraq hökumətləri arasında sözügedən razılaşma imzalanmışdı. Müqaviləyə görə, İraqa ildə 10 milyard kubmetr həcmində qaz nəql ediləcəkdi.

Milli.Az


Tags:  İrandan təhdid Borcunu ödə

RƏYLƏR


Top news