Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Venesuela polisi 10 cinayətkarı zərərsizləşdirib

Venesuela polisi 10 cinayətkarı zərərsizləşdirib

Date: 11 October 2016 23:32

Bakı. 11 oktyabr. REPORT.AZ/ Venesuelanın hüquq-mühafizə orqanları tərəfindən Miranda ştatının Karakas şəhəri yaxınlığında cinayətkar qruplaşmanın 10 üzvü zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Globovision" telekanalının saytı xəbər yayıb.
Məlumata görə, cinayətkarlar motosikllərin qaçırılması ilə məşğul olublar. Bundan əvvəl ölkənin daxili işlər, ədliyyə və sabitlik üzrə naziri Nestor Reverol Araqua, Karabobo, Miranda ştatlarında cinayətkarlara qarşı yeni mübarizə kampaniyasının başlandığını bildirib.
Əməliyyatın gedişində son həftə ərzində Venesuelanın güc strukturları 40-dan çox cinayətkarı məhv ediblər. Onlardan onlarla qanunsuz tapança, avtomat və tüfəng götürülüb.

Tags:  Venesuela polisi 10 cinayətkarı zərərsizləşdirib

RƏYLƏR


Top news