Aşura gecəsi Məşədi Dadaş Məscidində də qeyd edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məscidin imam-axundu Hacı Şahin Həsənli moizə oxuyub.
Mərasim üçün güclü təhlükəsizlik tədbirləri görülüb. Önündə "Xidmətçi" yazılan göy gödəkçəli şəxslər insanların yerləşməsinə nəzarət edib, məscidin binasına daxil olanların üzərinə yoxlayıb buraxıblar. İki nəfər təcili tibbi yardım əməkdaşı mütəmadi olaraq halı pisləşən şəxslərə tibbi yardım göstərirdilər.
Mərasimdə qadınlar üçün xüsusi yer ayrılıb və həmin ərazi çadırla kişilərin dayandığı yerdən fərqləndirilib.
Milli.Az