Bu gün Aşuradır

Bu gün Aşuradır
00:02 12 Oktyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda Aşura günü qeyd olunur.
"Report" xəbər verir ki, Aşura mərasimi Məhərrəm ayının 10-cu gününə təsadüf edir.
Bu il Məhərrəm ayı miladi təqvimi ilə oktyabrın 3-də başlayıb.
İmam Hüseynin şəhadətinin 40-cı günü - Ərbəin noyabrın 20-nə təsadüf edir.
Aşura günü paytaxt və bölgə məscidlərində mərasimlərlə qeyd olunacaq.
Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:
1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər “Cümə” məscidi;
9. Gəncə şəhər “İmamzadə” məscidi;
10. Mingəçevir şəhər “Heydər” məscidi;
11. Şəki şəhər “Cümə” məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər “Cümə” məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İadarəsinin (QMİ) Qazilər Şurası Məhərrəmlik ayı ilə bağlı fətva verib. 
Fətvanın tam mətni belədir:
Bismillahir-rəhmanir-rəhim!
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin.
Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk (hiss) etmirsiniz” (Bəqərə surəsi, 154).
Möhtərəm mömin qardaş və bacılarımız!
Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.
Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır.
Məhərrəm ayının 10-u – Aşura günü 2016-cı il oktyabr ayının 12-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Bildiririk ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər. Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.
Din xadimlərimiz ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar. Konstitusion quruluşun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, din adından sui-istifadə edərək vətəndaşların hakimiyyətə qarşı siyasi mübarizəyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki bir daha qətiyyətlə pisləyir və hesab edirik ki, Allahın Lütfü ilə, qüdrətli dövlətimiz və müdrik xalqımız belə əməllərə hər an layiqli cavab verməyə qadirdir.
Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.
Dindarlarımız ölkəmizin bölgə və dünya miqyasında getdikcə artan nüfuzunu, dövlət-din münasibətlərinin yüksək səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər. Dövlət müstəqilliyimizin, milli-mənəvi dirçəlişimizin bünövrəsini qoymuş Millət atası Heydər Əliyev üçün hər zaman dualar edən dindarlarımız, bu ali mənəviyyat yolunun davamlı olması üçün həmd-sənalar edirlər. Azərbaycan dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən, ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı, milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan möhtərəm dövlət başçımızın fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir: "Pak qız istəyirəm, başqasının artığını yox!"

23 May 2017 19:27

Milyarder xanımına 9 milyonluq üzük aldı - VİDEO - FOTO

23 May 2017 19:22

Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlər müəyyən edildi

23 May 2017 19:19

Tarif Şurası Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ödənişli xidmətlərin tariflərini müəyyən edib

23 May 2017 19:17

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

23 May 2017 19:15

Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

23 May 2017 19:15

200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

23 May 2017 19:14

Tarif Şurası 200-ə yaxın dərmanın qiyməti təsdiqlədi

23 May 2017 19:14

Avropanın gələcək ulduzları - UEFA açıqladı

23 May 2017 19:12

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıb

23 May 2017 19:07

Hindistan ordusu Pakistana HÜCUM ETDİ

23 May 2017 19:05

Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

23 May 2017 19:02

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTOLAR

23 May 2017 18:58

Azərbaycan Beynəlxalq Bankı kreditorlarla Londonda keçirilmiş görüşə dair məlumat yayıb

23 May 2017 18:57

"Beşiktaş" qərarını verdi

23 May 2017 18:57

ABB-nin xarici borclarının restrukturizasiya planı açıqlanıb

23 May 2017 18:55

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

23 May 2017 18:53

Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

23 May 2017 18:52

Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur

23 May 2017 18:47

Məşhur müğənninin saçlı halı təəccübləndirdi

23 May 2017 18:44

Parisin mərkəzində baltalı HÜCUM

23 May 2017 18:43

Məşhur aktyor vəfat etdi

23 May 2017 18:42

Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA

23 May 2017 18:39

“Sezar” kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

23 May 2017 18:38

Türkiyə səfiri Tərcümə Mərkəzində

23 May 2017 18:36

Millət vəkili Qənirə Paşayeva Yaponiyada səfərdə olub (FOTO)

23 May 2017 18:36

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

23 May 2017 18:36

"James Bond" öldü - FOTO

23 May 2017 18:34

Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər?

23 May 2017 18:32

Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

23 May 2017 18:32

​ADGTT-da həftənin tamaşaları

23 May 2017 18:29

Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib

23 May 2017 18:22

Ermənistan-Azərbaycan Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib

23 May 2017 18:22

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı açıqlama: "Qardaşıma da güzəşt etməyəcəm"

23 May 2017 18:19

Bülent Ersoy toyuqdan iyrəndi

23 May 2017 18:19

Bu yüklə avtobusa MİNMƏYİN, YOXSA...

23 May 2017 18:18

Azərbaycanlı gənc qubernator müavini oldu

23 May 2017 18:14

BİABIRÇILIQ: yaşlı cütlük özlərinə LÜT ŞƏKİLDƏ TOY ETDİ - FOTOLAR (18+)

23 May 2017 18:13

33 nömrəli Uşaq Musiqi Məktəbinin konserti - FOTO

23 May 2017 18:12

"Gözümüzün qabağında oldu, 30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə - VİDEO - FOTO

23 May 2017 18:12

Tanınmış jurnalist vəfat etdi

23 May 2017 18:12

Abbas Bağırovun gəlinsiz toyundan İLK FOTOLAR

23 May 2017 18:09

“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

23 May 2017 18:07

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib" - ABŞ-ın keçmiş səfiri

23 May 2017 18:05

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

23 May 2017 18:03

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

23 May 2017 18:01

Tramp Roma Papası ilə görüşə getdi

23 May 2017 18:01

Günəş altında qalan meyvə-tərəvəzi almayın...

23 May 2017 17:59

Dünyanın ən qəribə ölümləri - İNANMAQ OLMUR - FOTOLAR

23 May 2017 17:58

Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

23 May 2017 17:57