Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"

Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"

Date: 12 October 2016 00:05

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  
"Bu baş verərsə ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər".
 
Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda "ən yaxın dostları" adlandırdığı  PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.

Milli.Az


Tags:  Çavuşoğlu ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər


RƏYLƏR


Top news