78 yaşlı qubalını maşın vurdu

78 yaşlı qubalını maşın vurdu
00:12 12 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada piyada avtomobil tərəfindən vurulub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə günün axşam saatlarında Quba rayon Cəfər Cabbarlı küçəsində baş verib.
Rayon sakini, 1938-ci il təvəllüdlü, Qədirov Zahiddin Qədir oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və ona kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün və alının əzilmiş yaraları diaqnozu qoyulub.
Hadisəni törətmiş avtomobilin sürücüsü barədə hələlik məlumat yoxdur.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR