Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şeyx Nəsrullah: "ABŞ İŞİD-i silahlandırır və maliyyələşdirir"

Şeyx Nəsrullah: "ABŞ İŞİD-i silahlandırır və maliyyələşdirir"

Date: 12 October 2016 00:24

ABŞ rəhbərliyi Suriyadakı münaqişəni dərinləşdirmək və ölkəni parçalamaq məqsədilə İŞİD terror qruplaşmasını silahlandırır və maliyyələşdirir.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Əl-Manar” telekanalına müsahibəsində Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bildirib.   

 

“Çox guman ki, ABŞ administrasiyası vəziyyəti daha da gərginləşdirmək üçün terrorçulara dəstəyini genişləndirəcək. ABŞ-ın hazırda məqsədi İŞİD terrorçularını Rəqqada və İraqla həmsərhəd Deyr-əz-Zorda cəmləşdirməkdir”, deyə Nəsrulla qeyd edib.     

 

“Hizbullah” lideri hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusunun Deyr-əz-Zor yaxınlığındakı mövqelərinə zərbələri İŞİD-ə dəstək məqsədilə endirib: “Məqsəd Deyr-əz-Zor şəhərini və hərbi aerodromu ələ keçirməkdə  İŞİD-ə yardım etməkdir”.

 

“Yaxın gələcəkdə siyasi həll gözlənilmir. Əksinə, münaqişə və qarşıdurma daha da dərinləşə bilər”, - deyə Nəsrulla qeyd edib.  

 

Qeyd edək ki, “Hizbullah” hərəkatı Suriyada münaqişə başlayandan terror qruplaşmaları ilə döyüşür. 


Tags:  Şeyx Nəsrullah ABŞ İŞİD-i silahlandırır maliyyələşdirir


RƏYLƏR


Top news