Rafael Hüseynov : "Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar!"

Rafael Hüseynov : "Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar!"
00:37 12 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın futbolçuları millimizdə (22 Mart 2017 10:27)
Millimizin heyəti müəyyənləşdi - (13 Mart 2017 20:54)
5 klubdan 21 futbolçu millidə (13 Mart 2017 14:27)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən "Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün "Panama vərəqləri"ndən alınan dərslər" mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib. Erməni deputatların böhtan səciyyəli, Azərbaycana qara yaxmaqdan ibarət çıxışlarını qətiyyətlə rədd edən azərbaycanlı deputat Ermənistanın özünün "Panama vərəqləri"ndə yer alması ilə bağlı faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. Rafael Hüseynov Ermənistanın belə canfəşanlığının təsadüfi olmadığını, cinayət içində boğulan bir rejimin təmsilçilərinin saxta bəyanatlarla diqqəti öz ölkələrindən yayındırmağa cəhd etdiklərini vurğulayaraq deyib: "Artıq sona yaxınlaşan 2016-cı ilin bütün dünyada ən çox müzakirələr doğuran mövzularından biri 50-yə yaxın ölkədən olan 200-dək az və ya çox dərəcədə məşhur şəxsin adının keçdiyi "Panama vərəqləri" olub. Bu müzakirələr hələ də davam edir və yəqin ki, tezliklə bitməyəcək. Ortaya çıxdığı ilk gündən bəri ciddi maliyyə cinayətlərini, nəhəng miqyaslı vergidən yayınma hallarını əhatə edən həmin vərəqlərin verdiyi ilk və əsas ibrət ondan ibarətdir ki, dünyada şəffaflıq və əməkdaşlıq daha da artmalıdır. Şəffaflıq çox olarsa, xəlvətə çəkilib belə cinayətləri törətmək imkanları da məhdudlaşar. Lakin şəffaflıq yalnız ölkələrin, o cümlədən bizim təşkilata üzv dövlətlərin yaxın iş birliyi, bir-birilərinə qarşılıqlı yardımı və dəstəyi şəraitində mümkün ola bilər. Eyni zamanda, "Panama vərəqləri" belə bir dərs verir ki, bu araşdırmanın işığında biz mahiyyətcə oxşar olan başqa cinayətlərə qarşı da səylərimizi birləşdirməli, beynəlxalq təzyiqi gücləndirməliyik. "Panama vərəqləri"ndən yararlanaraq müxtəlif siyasi möhtəkirliklər etmək halları da mövcuddur və bunu edənlərdən biri də Ermənistandır. Biz bunu Avropa Şurasında əvvəl də, indi də Ermənistan təmsilçilərinin iftiralarla, yalanlarla, saxtakarlıqlarla dolu çıxışlarında müşahidə etmişik, yenə də görürük. Bu, əlbəttə ki, səbəbsiz deyil. Ermənistan özünü hər kəsdən daha yaxşı tanıyır və hansı rəzalətlərin içərisində olduğunu yaxşı anlayır. Onu da bilirlər ki, bu qəbil ifşaçı sənədlər ən əvvəl məhz Ermənistan gerçəkliyi ilə səsləşir".

Deputat Rafael Hüseynov adı "Panama vərəqləri"ndə hallanan konkret ermənilərdən danışaraq deyib: "Panama vərəqləri"ndə çox adlar keçsə də, tək bir nəfərə cinayətlərin miqyaslarına görə "ofşorun atası" ləqəbi verilib. Bu general-mayor Mihran Poqosyandır. Lakin Ermənistanın cinayətlərinin, dövlət səviyyəsində həyata keçirilən qanunsuzluqlarının həcmi "Panama vərəqləri"ndən qat-qat qalın dosyelərə material verir".

Azərbaycan Milli Məclisinin üzvü erməni deputatların çıxışlarını və Ermənistanın cinayətkar rejiminin mahiyyətini inkaredilməz dəlillərlə ifşa edərək Avropa Şurası üzvlərinə əsl həqiqətləri çatdırib: "İstənilən "Panama vərəqləri"ni kölgədə qoyan daha müdhiş "Ermənistan vərəqləri" də var ki, onu da hər kəsin yaxşı oxuması, bilməsi vacibdir. Çünki o vərəqlər terrorizmlə, narkotik ticarəti ilə bilavasitə bağlıdır və bu bəlalara qarşı da hamılıqla mübarizə aparmağın zəruriyyəti bütün dünyanın qəbul etdiyi həqiqətdir. Ermənistan ağır iqtisadi həyat yaşayır və hər il normal həyat şəraiti axtarışı ilə minlərlə insan ölkəni tərk edir. Təsadüfi deyildir ki, Ermənistan əhalisi yalnız Avropa Şurasına üzv olduğu son 16 il ərzində 2 dəfə azalmış və bu meyil sürətlə davam etməkdədir. Bəs necə olur ki, xəzinə sürətlə boşaldığı, ölkə iqtisadi tənəzzül içərisində boğulduğu, inflyasiyanın durmadan artdığı, istehsalın yox dərəcəsində olduğu, bütün iqtisadi göstəricilər üzrə ölkənin uçuruma getdiyi halda, yüz milyonlarla xərc çəkilərək bir ucdan silahlar alınır? Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar! Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarının hər cür beynəlxalq nəzarətdən kənarda qalmasından istifadə edərək həmin əraziləri narkotiklərin əkilib-becərilməsi və tranziti üçün münasib məkana çevirib. Narkoticarətdən və onun tranzitindən toplanan çirkli milyonların bir hissəsi guya ölkənin müdafiə qüdrətinin artırılması pərdəsi altında külli miqdarda silahın alınmasına yönəldilir. Qalan hissəsi isə erməni xalqının qanını soran, onu qonşularla düşmənə çevirərək gələcəyini məhv edən cinayətkar iqtidarın və onun havadarlarının cibinə axır.

Vergidən yayınma cinayətdir, bütün bu hallara qarşı mütəşəkkil və müştərək mübarizə vacibdir. Lakin "Ermənistan vərəqləri"nin ortaya qoyduğu acı həqiqətləri görməzliyə vurmaq, onlara qarşı qətiyyətli mübarizə aparmamaq, belə halları sonacan faş etməmək özü də bir cinayətdir".

Son olaraq deputat Rafael Hüseynov Avropa Şurasını cinayətkar Ermənistan rejiminə qarşı qəti tədbirlər görməyə çağıraraq deyib: "Artıq Ermənistandakı mütərəqqi qüvvələr uzun müddətdir ki, bütün bu hallara qarşı meydanlarda etirazını bildirir. Bəs "Panama vərəqləri"ndən qat-qat qorxulu və faciəli "Ermənistan vərəqləri"ni ifşa edən Avropa Şurasının səsi nə zaman çıxacaq?!".

Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı olub

28 Aprel 2017 20:07

Bakı Musiqi Akademiyasında Çingiz Abdullayevlə görüş - FOTO

28 Aprel 2017 20:05

Böyük hücumun ANONSU, əks təqdirdə QARABAĞDA MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

28 Aprel 2017 20:03

Erməni əsgər anası İrina Qazaryan: “Serj Sarqsyan oğlumun qatilinə medal verdi”

28 Aprel 2017 19:57

"Mənə anam yardımçı olur" - Teleaparıcı

28 Aprel 2017 19:57

Rusiyada kütləvi yanğın baş verib -

28 Aprel 2017 19:55

Terroru dəstəkləyən imam HƏBS OLUNDU

28 Aprel 2017 19:53

Həbs olunan məktəb direktoru zorladığı şagirdə məktub yazdı: "Tez bu səhvi düzəldin"

28 Aprel 2017 19:52

Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib

28 Aprel 2017 19:52

Alim Qasımovun qızı: "Atam deyir, qır çərçivələri" - FOTO

28 Aprel 2017 19:47

Keçmiş MTN əməkdaşı məhkəmədə ifadə verib: "Mənə Eldar Mahmudovun qəbul otağında bir nəfərin olduğunu dedilər"

28 Aprel 2017 19:47

İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək

28 Aprel 2017 19:47

Rusiyanın kəndi tamamilə yandı

28 Aprel 2017 19:43

Rusiyada bir kənd tamamilə yanıb

28 Aprel 2017 19:37

SOCAR-ın İdarəsinə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunub

28 Aprel 2017 19:37

"Şimali Koreya ABŞ-a zərbə endirə bilər" - Tillerson

28 Aprel 2017 19:37

"Ermənistan əsgərlərinin Azərbaycanın ərazilərində nə işi var?" - XİN

28 Aprel 2017 19:37

Mətbuat Şurası Mariya Zaxarovaya cavab verdi -

28 Aprel 2017 19:37

Ötən il universitetlərə rekord sayda qəbul olub

28 Aprel 2017 19:34

Dindar qadınlardan GÖRÜNMƏMİŞ ADDIM

28 Aprel 2017 19:33

Rövşən Lənkəranskini öldürən "qanuni oğru" ilə bağlı ŞOK MƏLUMAT

28 Aprel 2017 19:32

"Liverpul"un futbolçusunu polis saxladı

28 Aprel 2017 19:27

Bakıda mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqinə dair tədbir keçirilib

28 Aprel 2017 19:22

İki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlandı

28 Aprel 2017 19:22

Cocuq Mərcanlıda 1238 qəlpə və 2 mərmi aşkarlandı

28 Aprel 2017 19:18

Norveçdə 272 milyon dollara gəmi tuneli tikilir

28 Aprel 2017 19:17

"ASAN Xidmət"ə yeni səlahiyyət verildi -

28 Aprel 2017 19:15

Lamiyyə Ələkbərqızının anası - FOTO

28 Aprel 2017 19:12

Azərbaycan gimnastları halqalarla hərəkətlərdə finala çıxıb - FOTO

28 Aprel 2017 19:12

Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub"

28 Aprel 2017 19:12

"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək

28 Aprel 2017 19:12

Ən yaxşı baş məşqçilər - SİYAHI

28 Aprel 2017 19:12

Türkiyəli və afrikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olunublar

28 Aprel 2017 19:07

Bakıda qohumlarının evini qarət edənlər tutuldu - İki kişi və bir qadın - FOTO

28 Aprel 2017 19:05

"CinemaPlus"da "Nazlı" filminin qala-gecəsi baş tutdu - FOTO

28 Aprel 2017 19:05

Yığmamızdan beynəlxalq yarışda ilk medal

28 Aprel 2017 19:03

Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb

28 Aprel 2017 19:02

Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam, amma..."

28 Aprel 2017 18:59

Bu DA OLDU: Ucarda qayınana gəlinini QANINA QƏLTAN ETDİ

28 Aprel 2017 18:58

Baş nazirin müavini: "Keçmiş “Sovetski"də təqribən 10 mindən çox ev sökülməlidir"

28 Aprel 2017 18:57

Qızılgül çayının faydaları

28 Aprel 2017 18:57

"Muğanbank Çek" üzrə 9-cu tiraj keçiriləcək

28 Aprel 2017 18:52

Bakıda mənzildən meyit tapıldı

28 Aprel 2017 18:48

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi axtarır

28 Aprel 2017 18:47

Ucar rayonunda qaynana gəlinini bıçaqlayıb

28 Aprel 2017 18:47

Zehni yaşınızı müəyyən edən ən real suallar...

28 Aprel 2017 18:43

419 məktəbdə 665 artıq ştat vahidi aşkarlandı

28 Aprel 2017 18:39

Bakıda mənzilə basqın edən oğrular tutulublar

28 Aprel 2017 18:37

"ASAN xidmət"in səlahiyyətləri artırılıb

28 Aprel 2017 18:37

Tarkandan ofisiantlara BÖYÜK JEST - FOTO

28 Aprel 2017 18:34