Azərbaycan yığmasının oktyabr qazancı...

Azərbaycan yığmasının oktyabr qazancı...
01:12 12 Oktyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi FİFA reytinqində xal hesabını artırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə oyununda səfərdə Çexiya ilə qolsuz heç-heçə edən yığmamız oktyabr qazancını daha da zənginləşdirib.
 
Üç gün önə Bakıda Norveçi 1:0 hesabı ilə məğlub edən komandamız iki matçın nəticəsində 152 xal əldə edib. Hazırkı cədvəldə 252 xalla dünyanın 133-cü komandası olan millimiz oktyabrın 20-də açıqlanacaq siyahıda 404 xala malik olacaq.
 
152 xallıq artım isə böyük sıçrayış vəd edir. Düzdü, bu, digər komandaların da nəticələrindən asılıdı. Lakin indiki siyahıda 404 xalın 85-ci yer üçün yetərli olduğunu qeyd edək.
 
Buna əsasən, komandamızın da 9-cu onluqda -81-90-cı yerlərdə qərarlaşacağını düşünmək olar.
 
Belə sıçrayış təxminən 50 pilləyə yaxın irəliləmək anlamına gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR