Çexiya - Azərbaycan: 1 dəqiq zərbə, 1 xal - STATİSTİKA

Çexiya - Azərbaycan: 1 dəqiq zərbə, 1 xal - STATİSTİKA
01:12 12 Oktyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya səfərindən 1 xalla qayıdır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,qrupda keçirdiyi 3-cü matçda da qol buraxmayan Robert Prosineçkinin yetirmələri 0:0 hesablı bərabərliklə xallarının sayını 7-yə yüksəldib.

Ostrava şəhərində baş tutan görüş meydan sahiblərinin ərazi üstünlüyündə keçib. Topa sahib olma 62% faiz çexiyalılarda olsa da, rəqib yığmamızın qapısına yol tapa bilməyib.

Ev sahibləri 17 dəfə zərbə vurmağa imkan tapıblarsa, millimizdə bu say 8 olub. Qapıçımız Kamran Ağayev 17 zərbədən 5-də məharətini nümayiş etdirməli olub. Komandamız isə aktivinə cəmi 1 dəqiq zərbə yazdıra bilib.

Çexiya

Azərbaycan

0

Qollar

0

17

Zərbələr

8

5

Çərçivəyə zərbələr

1

9

Çərçivəyə düşməyən zərbələr

3

3

Qarşısı alınan zərbələr

4

0

Tir, dirək

0

9

Künc zərbələri

5

3

Oyundankənar vəziyyət

2

1

Sarı vərəqələr

2

12

Qayda pozuntuları

7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR