"Əfsuslar olsun ki, son zərbəni qola çevirə bilmirdik”

"Əfsuslar olsun ki, son zərbəni qola çevirə bilmirdik”
01:57 12 Oktyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

“Komandamız qol vurmaq istəyirdi. Əfsuslar olsun ki, son zərbəni qola çevirə bilmirdik”. Fanat.Az xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizi qəbul edən çexlər meydandan qolsuz bərabərliklə ayrılıblar. Matçdan sonra keçirilən mətbuat konfransında Yarolim bunları deyib: “Azərbaycan yığmasının qapıçısı bir neçə dəfə qol vurmağımıza mane oldu. Bunun üzərində işləyəcəyik. Hücumu qolla nəticələndirməyi bacarmalıyıq. Qol imkanlarını düzgün dəyərləndirməliyik”.

 

- Oyunun ilk 10 dəqiqəsindəki pressinqdən düzgün istifadə etmədiniz. Bununla razısızmı?


- Əlbəttə, ilk 10 dəqiqədəki pressinqdən istifadə etsəydik, nəticə başqa cür ola bilərdi.

 

- Almaniya ilə matçdan sonra heyətdə niyə bu qədər dəyişiklik etdiniz?


- Komanda belə oyunlarda formalaşır. Bu dəyişiklik olmalıdı və bunu normal qarşılamaq lazımdı.

 

- Hazırkı vəziyyətdən çıxış yolunu nədə görürsüz?


- Milli klubdan fərqlənir. Klublarda səhvləri düzəltmək üçün vaxt olur. Millidə isə bu baxımdan vaxt azlığı ilə üzləşirsən. İnanıram ki, futbolçularım öz üzərlərində işləyəcəklər.

 

- Dünən demişdiz ki, Robert Prosineçkini məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyırsız. Xorvatiyalı özünü sizə məşqçi kimi də tanıda bildimi?


- Yəqin ki, anlaşılmazlıq olub. Mən deməmişəm ki, Prosineçkinin məşqçi kimi perspektivi yoxdu. Sadəcə, onu daha çox sabiq futbolçu kimi tanımışam. Amma Prosineçkini məşqçi kimi də tanıyıram. Onun işini bəyənirəm. Bilirəm ki, həmişə intizamlı məşqçi olub. Görünür, tərcümədə problem olub, məni düz başa düşməmisiz.

(apasport.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfsuslar-olsun-ki-son-zrbni-qola-cevir-bilmirdik-t53282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR