ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb
02:47 12 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 33 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Telekanalın xəbərinə görə 33 ölüm faktı ölkənin cənub-şərqindəki 5 ştatda qeydə alınıb. Onlardan 14-ü Şimali Karolinanın payına düşür.
Ştatın qubernatoru Pet Makkrori bildirib ki, daha 3 nəfər itkin düşüb.
Qeyd edək ki, bundan əvvəl qasırğa zamanı 27 nəfərin öldüyü bildirilirdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-metyu-qasirgasindan-olenlerin-sayi-33-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR