Moldova vətəndaşları Rumıniyada qəzaya düşüblər

Moldova vətəndaşları Rumıniyada qəzaya düşüblər
03:12 12 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Buxarest. 12 oktyabr. REPORT.AZ/ Rumıniyanın İaşi vilayətinin Komarna yaşayış məntəqəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldovadan İtaliya istiqamətinə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan kənara çıxaraq aşıb.
Qəza zamanı mikroavtobusda olan Moldova vətəndaşlarından biri ölüb, 6-ı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar vilayətin mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qalır. 
Hadisə yerinə Moldovanın İaşi vilayətindəki baş konsulu da gəlib. 


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/moldova-vetendaslari-ruminiyada-qezaya-dusubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR