Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ: Beynəlxalq qüvvələr İraqda Bağdadın razılığı ilə hərəkət etməlidi

ABŞ: Beynəlxalq qüvvələr İraqda Bağdadın razılığı ilə hərəkət etməlidi

Bağdadda silsilə partlayışlar törədilib, 11 nəfər ölüb, 22 nəfər yaralanıb (24 Fevral 2017 12:02)

Tarix: 12 Oktyabr 2016 04:19

İraqdakı bütün beynəlxalq qüvvələr razılaşmalara uyğun olaraq və rəsmi Bağdadın razılığı əsasında hərəkət etməlidirlər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.  

 

“Mətbuatın son xəbərlərində Mosulun azad edilməsi əməliyyatında beynəlxalq qüvvələrin rolu barədə xeyli danışılır. ABŞ İraqın vahidliyi və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib. Bu baxımdan biz hesab edirik ki,  bütün beynəlxalq qüvvələr yalnız İraq hökumətinin razılığı ilə ölkə ərazisində yerləşdirilməlidir və onunla əməkdaşlıq koalisiya çərçivəsində edilməlidir”, - deyə Kirbi qeyd edib. 


Teqlər:  ABŞ Beynəlxalq qüvvələr İraqda Bağdadın razılığı hərəkət etməlidi



RƏYLƏR


Top xəbərlər