Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaxın günlərdə Lavrov- Kerri görüşü baş tuta bilər

Yaxın günlərdə Lavrov- Kerri görüşü baş tuta bilər

Date: 12 October 2016 04:59

Vaşinqton və Moskva Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüşün təşkili üzərində işləyir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak bildirib.

 

“Mən hələlik heç nəyi təsdiqləyə bilmərəm. İş gedir”, - Kislyak Lavrov- Kerri görüşünün oktyabrın 15-də baş tutub-tutmayacağına dair suala cavabında bildirib.

 

Qeyd edək ki, oktyabrın 5-də Lavrov və Kerri arasında telefon danışıq baş tutub. Siyasətçilər Suriyadakı vəziyyəti, Ukrayna böhranının nizamlanması və KXDR-lə bağlı BMT-dəki işi müzakirə ediblər.   

 


Tags:  Yaxın günlərdə Lavrov- Kerri görüşü baş tuta bilər



RƏYLƏR


Top news