Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

KXDR-in yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb

KXDR-in yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb

Date: 12 October 2016 06:42

Bakı. 12 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəşfiyyat orqanının yüksək rütbəli zabiti Cənubi Koreyaya qaçıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin şəxs Cənubi Koreyada sığınacaq alıb. O, əvvəllər KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyində işləyib. Buna görə mühacirin adı açıqlanmır.
Bu arada Cənubi Koreya prezidenti Pak Kın Xe bildirib ki, Koreya Respublikasında siyasi sığınacağı tapmış Koreya Xalq Demokratik Respublikasından olan fərarilər "millətin birləşməsi üçün sınaq poliqonu" olacaqlar.
Rəsmi statistikaya əsasən, bu ilin yanvar – sentyabr aylarında Koreya Xalq Demokratik Respublikasının təxminən 900 vətəndaşı Koreya Respublikasına qaçıb. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur. 

Tags:  KXDR-in yüksək rütbəli kəşfiyyatçısı Cənubi Koreyaya qaçıb

RƏYLƏR


Top news