“El Peruano” qəzeti Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Foruma dair məqalə dərc edib

“El Peruano” qəzeti Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Foruma dair məqalə dərc edib
06:57 12 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Perunun nüfuzlu qəzetlərindən olan “El Peruano” qəzetində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumuna dair “Müasir dünyada dialoq” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Perudakı Diplomatik Nümayəndəliyindən "Report"a verilən məlumata görə, məqalədə V Beynəlxalq Humanitar Forumun dünyanın siyasi, elmi, mədəni və digər sahələrin nümayəndələrinin, müxtəlif aktual problemlərin həllində imkanlar axtarmaq yollarını nümayiş etdirmək üçün bir araya gəlməsindən bəhs olunur.
Azərbaycanın paytaxtının dünyanın 80 ölkəsindən gəlmiş 400-dən çox nümayəndə üçün Babilistana çevrildiyi qeyd olunaraq, V Beynəlxalq Humanitar Forumun hər il görkəmli dövlət xadimlərini, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünya siyasətinin görkəmli nümayəndələrini, elmi və mədəni elitasını, qaçqınlar böhranı və ya güclənməkdə olan islamofobiya kimi bütün dünyanı narahat edən qlobal xarakterli problemlərin geniş spektri üzrə fikir mübadiləsi və müzakirələr üçün bir yerə toplayan mühüm tədbir olduğu vurğulanır.
Məqalədə forum prosesinin 2030-cu ilin dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırıldığı qeyd olunaraq, baş tutmuş Forumun müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərinə görə 13 Nobel mükafatı laureatının Foruma qatıldığı və onların məruzələrində dünyada mövcud olan problemlər və onların həlli yolları barədə danışmağından, bəzi ölkələrdə dini, mədəni xarakterli və islamofobiya kimi problemlərlə yanaşı, iqtisadiyyatın inkişafının zəifləməsindən radikal qrupların öz davamçılarını toplamaq üçün istifadə etmələri barədə xəbərdarlıq etmələrindən bəhs olunur. Bu xüsusda, Forumda ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Wole Soyinka; iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2004) Finn Kydland və tibb üzrə Nobel mükafatı laureatı (1986) Richard John Roberts öz çıxışınlarında, hal-hazırda mövcud olan ekoloji problemlər, yoxsulluq, müharibələr, insanlar arasındakı nifrət, daxili çəkişmələr, milliyyətçilik hallarının fəlakətlərə gətirib çıxardığı və bu və bir çox digər aktual problemlər barədə dərhal tədbirlərin görülməsinin tələb edildiyi vurğulanır.
Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinad edərək, dünyada neqativ meyillərin çox olmasından, müxtəlif regionlarda dini və milli zəmində müharibələr getməsindən, Beynəlxalq humanitar əməkdaşlığın genişlənməsi müəyyən dərəcədə neqativ meyillərin qarşısını alınması və pozitiv meylilərin artırılmasından, son bir neçə ildə Yaxın Şərqdə, Avropa və digər yerlərdə narahatlıq doğuran hadisələr baş verməsindən və milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsi nəticəsində radikalizm meyllərinin güclənməsindən bəhs etmişdir.
Müəllif həmçinin Forumda təşkil olunmuş “dəyirmi masalar" da Forum iştirakçılarının öz fikir və informasiya mübadiləsi apardıqlarından bəhs etmişdir.
Məqalədə, Azərbaycanın 25 il əvvəl Sovet İttifaqından ayrıldıqdan sonra öz müstəqilliyini elan edərək Qafqaz regionunda böyük suveren dövlətə çevrildiyi vurğulanmış və Şərqlə Qərb arasında körpü rolunu oynayan Bakı şəhərində keçirilmiş Beynəlxalq Humanitar Forumunun ölkəmizin əldə etdiyi nailiyyətlərindən biri olduğu qeyd olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/el-peruano-qezeti-bakida-kecirilmis-v-beynelxalq-humanitar-foruma-dair-meqale-derc-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR