Zaqatalada “VAZ” ağaca çırpılıb, sürücü ölüb

Zaqatalada “VAZ” ağaca çırpılıb, sürücü ölüb
07:02 12 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, rayon ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzasi baş verib.
Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:19 da başa çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/zaqatalada-vaz-agaca-cirpilib-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR