Bağlanan 10 bank üzrə 272 milyondan artıq kompensasiya ödənilib

Bağlanan 10 bank üzrə 272 milyondan artıq kompensasiya ödənilib
08:12 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 17 milyon 184 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 103 miyon 677 min manatdan artıq kompensasiya ödənilib.

ADİF-dən Milli.Az-a verilən məlumata görə, 11 oktyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilib.

11 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.

11 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC "Bank Standard" KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/478494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR