Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzasi baş vermişdir. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 03:19 da başa çatıb.
Milli.Az