Rövnəq Abdullayev: "Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq"

Rövnəq Abdullayev: "Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq"
08:27 12 Oktyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

"Әla nәticәdi. Komandanı tәbrik edirәm". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.
 
Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: "Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq".
 
Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR