"Partlayırdım e! Ürəyim partlayırdı" - Rəşad Sadıqov

"Partlayırdım e! Ürəyim partlayırdı" - Rəşad Sadıqov
08:32 12 Oktyabr 2016
525 İdman
Ölkə mətbuatı
A- A+

"Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.
 
Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Meydana çıxmaq istəmirdin?

- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.
 
- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin...

- Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.
 
- Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?

- İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR