Yığmamız Şimali İrlandiyada da uduzmasa...

Yığmamız Şimali İrlandiyada da uduzmasa...
08:37 12 Oktyabr 2016
126 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi seçmə oyunlardakı məğlubiyyətsizlik seriyasını 3-ə çatdırıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki,DÇ-2018-in ilk üç qarşılaşmasında meydanı xalsız tərk etməyən komandamız bununla da rekorda yaxınlaşıb.

San-Marino və Norveç üzərində minimal hesablı qələbələrdən sonra Çexiyadan da məğlubiyyətsiz dönən (0:0) yığmamızın tarixində ən uzun yenilgisizlik 4 matçdan ibarət olub. Seçmə mərhələlərdəki ən yaxşı nəticəmizə 2 dəfə təsadüf edilib.
 
DÇ-2014-ün 2013-cü ildə baş tutan seçmə görüşlərində yığmamız Lüksemburq, İsrail, Şimaili İrlandiya və Rusiyaya uduzmamışdı. Hər birində 2 qolun vurulduğu bu matçlardan birində britaniyalıları 2:0 hesabı ilə yenən Berti Foqtsun komandası digər 3 oyunda 1:1-lə kifayətlənmişdi. Ötən il AÇ-2016-nın 4 seçmə matçında da Robert Prosineçkinin yetirmələri həmin nəticəni təkrarladı. Yenə 1 qələbə və 3 heç-heçə edən komanda Malta üzərində 2 qollu qələbədən sonra Norveç və Xorvatiya ilə 0:0, Malta ilə 2:2 hesablı heç-heçəyə razılaşdı.
 
Bu dəfəki 3 oyunluq seriyada daha çox - 7 xal toplasaq da, yenilmədiyimiz matç sayında hələ rekordun 1 addımlığındayıq. Həmin nəticəni növbəti dəfə təkrarlamaq üçün gələn ay Şimali İrlandiya ilə səfər matçında xal qazanılmalıdı.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR