Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Azərbaycan İnvestisiya Şirkəti" 3 rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq

"Azərbaycan İnvestisiya Şirkəti" 3 rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq

Bakıda may ayında forum keçiriləcək (10 Mart 2017 19:27)
Azərbaycan və İtaliya müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcəklər (23 Fevral 2017 11:17)
SOCAR Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir (15 Fevral 2017 02:27)

Tarix: 12 Oktyabr 2016 09:02

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC Xızı, Siyəzən və Şabran rayonunda kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi imkanlarını araşdıracaq. "Report" xəbər verir ki, şirkət bu işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.
Sorğunun nəticələri haqqında Tender Komissiyasının 5 oktyabr 2016-cı il tarixli qərarına əsasən, fiziki şəxs Rafiuq Ürfət oğlu Rəhimbəyli qalib elan edilib və oktyabrın 7-də onunla satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 1,6 mln. səhm əsasında formalaşıb. 

Teqlər:  Azərbaycan İnvestisiya Şirkəti rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq



RƏYLƏR


Top xəbərlər