Qara Qarayev: "7 xal sürpriz oldu"

Qara Qarayev: "7 xal sürpriz oldu"
09:22 12 Oktyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya - Azərbaycan (0:0) matçından sonra millimizin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında fikirlərini bildir, zəhmət olmasa...
- Norveçlə oyundan sonra yaxşı ab-hava var idi. Bunu qorumağa çalışırdıq. Ağır oyun oldu. Əsas odur ki, xal qazandıq.
 
- Qarşılaşmanın ilk dəqiqələrində həyəcanlı görünürdün...
- Xeyr, həyəcan yox idi. Sadəcə, komanda yoldaşlarımla daha çox "paslaşıb", topu özümüzdə saxlamaq istəyirdik. Bəzi səhvlər oldu. Fikrimcə, normal idi, amma etməməliydim.
 
- Havanın yağışlı olması bizə, yoxsa rəqibə sərf etdi?
- Açığı, tempin sürətli olmasına şərait yaradırdı. Biz də dayanmırdıq. Havanın soyuq olması daha çox qaçmağımıza səbəb olurdu.
 
- Azərbaycanın müdafiəsini Avropada ən etibarlılardan saymaq olar?
- Belə düşünmürəm. Son iki oyunda bəxtimiz də gətirdi. Düzdür, əziyyət çəkmişik, amma təkəbbürlüyə ehtiyac yoxdur. Bəzən elə epizodlar olurdu ki, rəqib real şansdan yararlana bilmirdi.
 
- 3 oyuna 7 xal gözləyirdin?
- Açığı, mənim üçün sürpriz oldu.
 
- Almaniya qalib gəlib, vahid liderliyə yüksəldi. Təəssüflənirsiniz?
- Biz də komanda yoldaşlarımızla zarafat edirdik ki, Almaniyanı özümüzdən irəli buraxdıq (gülür). Amma sözsüz, Almaniyanın gücü hamıya bəllidir. Biz onlarla rəqabətə çıxmamışıq, özümüzlə rəqabət aparırıq. Daha da çox inkişaf edib, nəticə qazanmaq istəyirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR