Yeni Qvineyada 5.7 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Kokopo şəhərindən 175 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir.
Milli.Az