Bakının şimal girişində sıxlıq yaranıb

Bakının şimal girişində sıxlıq yaranıb
09:32 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 
"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından paytaxtın mərkəzinə doğru istiqamətdə müşahidə edilir. 
Bundan başqa, Şeyx Şamil küçəsi, Niyazi küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi (İnşaatçılar prospektinə doğru), Həsən Əliyev küçəsi (Tbilisi prospekti ilə kəsişmə) və Dövlət Statistika Komitəsinin qarşısında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakinin-simal-girisinde-sixliq-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR