Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 273 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 273 mln. manat kompensasiya ödənilib

Date: 12 October 2016 09:32

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 272,577 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,802 mln. manat, “Zaminbank” ASC - 50,853 mln. manat, “Kredobank” ASC - 17,184 mln. manat, “Dekabank” ASC - 2,836 mln. manat, “Atrabank” ASC - 13,830 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,816 mln manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 956 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,974 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 8,23 mln. manat kompensasiya alıblar.

Tags:  Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 273 mln manat kompensasiya ödənilib

RƏYLƏR


Top news