Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Natəvan Həbibidən XƏBƏRDARLIQ: "…döyüləcək"

Natəvan Həbibidən XƏBƏRDARLIQ: "…döyüləcək"

Date: 12 October 2016 09:48

Çoxdandır efirlərdə görünməyən Natəvan Həbibi “İnstagram”da yeni fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, daha çox yaradıcılıq yenilikləri ilə gündəmə gəlməyi sevən, xətrinə dəyiləndə ad çəkmədən ismarışlar yollayan Həbibi ənənəsinə sadiq qalaraq bu dəfə də ibrətamiz stutusu ilə diqqət çəkməyə çalışıb.

O, həyatı boşuna yaşayan və qəflət yuxusunda olan insanları oyanmağa və əməli-saleh olmağa səsləyib:

“Əlimizdə ömür adında bir sərmayə var və bu sərmayə saatlarla, günlərlə, illərlə əlimizdən sovrulub gedir və bizə məlum olmayan bir gün qurtaracaq. Bu sərmayə qurtaracaq, amma hər şey qurtarmayacaq. İmkanlarımız tükənəcək, bir qapıdan keçib, başqa bir həyata başlayacağıq. Və o zaman çox gözlər açılacaq, çox insanlar qəflət yuxusundan oyanacaq, çox dizlərə “ah-vay” deyə döyüləcək. Seçim hər kəsin özünündür. Kim hansı yolu tutursa, o yolla hansı mənzilə varacağını da yaxşı bilməlidir. Bəli, uzun, incə bir yoldayıq. Yol dediyin də hər gün işə gedib evə döndüyün küçələr, səkilər, dalanlar deyil, niyyətindir, əməlindir... Günahlardan uzaq olub, Əməli-saleh olaq”.

Cəvahir


Tags:  Natəvan Həbibidən XƏBƏRDARLIQ döyüləcək

RƏYLƏR


Top news