Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

Date: 12 October 2016 10:05

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 7 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Tags:  Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

RƏYLƏR


Top news