Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb
10:07 12 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın 15 məscidində Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. 
“Report” xəbər verir ki, Təzəpir məscidində keçirilən qavermə aksiyasında əhalinin fəallığı hiss olunur. 
Səhər saatları olmasına baxmayaraq, artıq 400 nəfər qan verib. 
Elmi Tədqiqat və Hemotologiya və Transfiziologiya İnstitunun direktoru Zöhrə Əlmirzəyeva “Report”a bildirib ki, qanverməyə gələn insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.
Qeyd edək ki, qanvermə aksiyası ümumilikdə 15 məsciddə keçirilir:
1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər “Cümə” məscidi;
9. Gəncə şəhər “İmamzadə” məscidi;
10. Mingəçevir şəhər “Heydər” məscidi;
11. Şəki şəhər “Cümə” məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər “Cümə” məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.
15. Nardaran məscidi.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycanda-asura-gunu-ile-elaqedar-qanverme-aksiyasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR