Rəşad Sadıqov: "Partlayırdım e!"

Rəşad Sadıqov: "Partlayırdım e!"
10:27 12 Oktyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

“Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”. Bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.


“DÇ-2018”-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.


Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərə danışıb: “Partlayırdım e! Ürəyim partlayırdı. Meydana çıxmaq istəyirdim. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər. İkinci hissədə isinmə hərəkətləri etdim. Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər. İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları”.(apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadqov-quotpartlayrdm-equot-t53286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR