"Azərbaycanın təzyiqi ilə üzləşirdik"

"Azərbaycanın təzyiqi ilə üzləşirdik"
10:27 12 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Yaxşı çıxış etdik, təzyiqi artırdıq. Bundan yararlana bilərdik, amma alınmadı". Bunu 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşan Çexiya yığmasının hücumçusu Patrik Şik jurnalistlərə açıqlamasında deyib.


Çexiyalı futbolçu 0:0 hesabı ilə başa çatmış oyun haqda bunları bildirib: "Bəzi məqamlarda rəqibin təzyiqi ilə üzləşirdik. Bu səbəbdən çətin idi. Üstəlik mərkəzdə çox yüklənmə vardı. Rəqib haqda da eyni sözləri demək olar. Biz yaxşı iş gördük, amma bunu nəticədə əks etdirmək istəyirik".


Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan 7 xalla C qrupunda 2-ci, Çexiya isə 2 xalla 5-ci pillədə qərarlaşıb.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycann-tzyiqi-il-uzlirdikquot-t53284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR