Sumqayıtda DƏHŞƏT: qardaş bacını amansızlıqla öldürdü

Sumqayıtda DƏHŞƏT: qardaş bacını amansızlıqla öldürdü
10:29 12 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Lent.az-ın xəbərinə görə, Sumqayıt şəhər Prokurorluğundan bildirilib ki, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR