Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

Date: 12 October 2016 10:32

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 024,827 mln. manat həcmində vəsait ödənilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında büdcəyə ödənilən vəsaitin 119,443 mln. manatı sentyabr ayının payına düşür.
Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,816 mln. manat vəsait köçürüb ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1,028 mln. manat və ya 8,7% çoxdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 107,163 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,94 mln. manat və ya 2,8% çoxdur.

Tags:  SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb


RƏYLƏR


Top news