Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Min nəfərdən qan alındı

Min nəfərdən qan alındı

Date: 12 October 2016 10:38

Bu gün saat 10:00-a olan məlumata görə, Aşura Günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında 1000-ə yaxın insan qan verib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, səhər saat 07 radələrindən başlayan qanvermə aksiyalarında iştirak edənlərin sayı hər an artmaqdadır: “İnsanlar əvvəlcə məscidlərdə ayinlərini yerinə yetirib sonra qanvermə aksiyasında iştirak edirlər. Ona görə də günorta saatlarında qan verənlərin sayının artacağı gözlənilir. Aksiya axşam saatlarına qədər davam edəcək”.

Z.Əlimirzəyeva bildirib ki, qan verən şəxslərin acqarına olması mütləq deyil. Yüngül səhər yeməyi ilə qan vermək olar: “Əlbəttə, əvvəlcə qan verənlərin hər hansı xəstəliyinin olub-olmadığı öyrənirik. Hemoqlobin səviyyəsi yoxlanılır. Görmə problemi olanlar, yaşı, çəkisi normadan az olanlardan qan götürülmür. Həmçinin bir neçə ay əvvəl xarici ölkədən gələnlərin virus daşıyıcısı ehtimalı nəzərə alınaraq onlardan da qan götürülmür. Bununla yanaşı götürülən qan nümunuləri laborator müayinələr aparıldıqdan sonra istifadəyə veriləcək. Xəstəlik aşkarlanan qan yararsız hesab ediləcək”.

Gülxar


Tags:  Min nəfərdən qan alındı

RƏYLƏR


Top news