"Azərbaycanla Almaniya fərqli üslubda rəqiblər olsa da..." - Tomas Sivok

"Azərbaycanla Almaniya  fərqli üslubda rəqiblər olsa da..." -   Tomas Sivok
10:47 12 Oktyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

"Bizi nəyin gözlədiyini yaxşı bilirdik. 90 dəqiqə ərzində qol vurmaq üçün əlimizdən gələni etdik". Fanat.Az xəbər verir ki, bunu Çexiya yığmasının müdafiəçisi Tomas Sivok deyib.


Qolsuz bitən qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən Sivok bu nəticəni komandası üçün uğursuzluq hesab etdiyini bilirib: "Fərqli üslubda rəqiblər olsa da, Almaniya ilə oyunda olduğu kimi, Azərbaycan önündə də çox çalışmalı olduq. Bir neçə dəfə hesabı açmaq imkanı yaxaladıq. Təəssüf ki, heç cür topu qapıdan keçirə bilmədik. Məqsədimiz matça uğurlu start götürüb, erkən qol vurmaq idi. Lakin belə templə bunu həyata keçirmək çox çətindi. Doğrudu, oyun ərzində hücum edən tərəf biz olduq. İkinci hissədə Azərbaycan yığması, ümumiyyətlə, hücuma keçə bilmirdi".


Təcrübəli futbolçu qrupda ikinci yerə şanslarının tükənmədiyini düşünür: "Heyətimizdə 7 dəyişiklik edilib. Deyə bilmərəm ki, bu gün hər kəs bütün bacarığını ortaya qoydu. Baş məşqçi yeni komanda formalaşdırır və bunun gələcəkdə müsbət effekt verəcəyini düşünürəm. Etiraf etməliyəm ki, vəziyyəti xeyli qəlizləşdirmişik. Amma qrup ikinciliyi uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanla-almaniya-frqli-uslubda-rqiblr-olsa-daquot-t53287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR