Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan üzərində qələbələrlə pley-offa

Azərbaycan üzərində qələbələrlə pley-offa

Date: 12 October 2016 10:57

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, final mərhələsinə 9, pley-offa 4 vəsiqənin sahibi müəyyənləşib.

Çexiya, Danimarka, İngiltərə, Makedoniya, Almaniya, İtaliya, Portuqaliya, Slovakiya və İsveç qrup qalibi kimi gələn il Polşada təşkil olunacaq yarışda oynamaq hüququ qazanıb. Seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan Bundestim 100 faizlik nəticə göstərən yeganə komanda kimi rekord vurub. Almaniyalılar VII qrupda keçirdiyi 10 matçın hamısında qələbə qazanıblar.
 
Pley-offa isə qrup ikinciləri arasında ən yaxşı nəticəyə malik 4 komanda yüksəlib. Bunlar Avstriya, Norveç, Serbiya və İspaniyadır. Yığmamızın qrupunda çıxış edən Avstriya millimiz üzərində qələbələr (7:0, 2:0) sayəsində pley-offa çıxıb. Yığmamız bu rəqibdən 1 xal belə alsaydı, ən yaxşı ikincilər sırasında İsrail olacaqdı.
 
Qeyd edək ki, pley-offun püşkatması oktyabrın 14-də atılacaq. Bu mərhələnin qarşılaşmaları noyabrın 7-də və 15-də baş tutacaq. 12 komandanın qatılacağı final mərhələsi gələn il iyunun 16-30-da keçiriləcək.

Milli.Az


Tags:  Azərbaycan üzərində qələbələrlə pley-offa

RƏYLƏR


Top news