Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyənin keçmiş maliyyə naziri vəfat edib

Türkiyənin keçmiş maliyyə naziri vəfat edib

Maliyyə Nazirliyində ölüm xəbəri (22 Mart 2017 18:38)
Azərbaycanda yüksək vəzifəli dövlət məmuru vəfat etdi (22 Mart 2017 18:06)
Maliyyə Nazirliyinin şöbə müdiri vəfat etdi - FOTO (22 Mart 2017 18:05)

Tarix: 12 Oktyabr 2016 10:57

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan vəfat edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş bildirib. 
Onun sözlərinə görə, 70 yaşlı sabiq nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, K.Unakıtan 1946-cı ildə Ədirnənin Süloğlu rayonuna bağlı Domurcalı kəndində anadan olub. 2002-2009-cu illərdə Türkiyənin maliyyə naziri olub. O, son illər ürək və böyrək xəstəliklərindən əziyyət çəkirdi. 

Teqlər:  Türkiyənin keçmiş maliyyə naziri vəfat edib



RƏYLƏR


Top xəbərlər