Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putinin mətbuat katibi istefaya hazırlaşır

Putinin mətbuat katibi istefaya hazırlaşır

Tarix: 12 Oktyabr 2016 10:58

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəzifəsindən istefa verməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin administrasiyasına yaxın mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Mənbənin sözlərinə görə, Peskov tezliklə prezident Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi ola bilər. Onun Yuri Uşakovu əvəz edəcəyi bildirilir. 2017-ci ilin martında 70 yaşı tamam olacaq Uşakov yaşi ilə əlaqədar istefa verməlidir. O, karyerasını Avropa ölkələrindən birində səfir kimi davam etdirə bilər.

Mənbənin məlumatına görə, Peskovdan başqa bu vəzifəyə Rusiyanın Çindəki səfiri Andrey Denisov və Rusiya Xarici İşlər Nazirliyinin bəzi yüksək vəzifəli əməkdaşları təyin edilə bilər.

Putinin mətbuat katibinin özü ehtimal edilən yerdəyişdirmələri ehtiyatla şərh edib və bildirib ki, Uşakovun istefası üçün heç bir əlamət yoxdur.

Ömər Dağlı


Teqlər:  Putinin mətbuat katibi istefaya hazırlaşır



RƏYLƏR


Top xəbərlər