Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

San Marino yığması 15 ildən sonra səfərdə qolu vurub

San Marino yığması 15 ildən sonra səfərdə qolu vurub

Almaniya yığması Bakıya qələbə ilə gəlir (23 Mart 2017 11:23)
Almaniyanın rekordu Bakıda qırıla bilər (18 Mart 2017 08:58)
Almaniyanın rekordu Bakıda qırıla bilər (18 Mart 2017 00:05)

Tarix: 12 Oktyabr 2016 11:02

Bakı. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqibi olan San Marino yığması tarixi qolunu vurub. 
"Report"un məlumatına görə, C qrupunda mübarizə aparan "cırtdan ölkə" komandası 15 il sonra yenidə dünya çempionatının seçmə qrup mərhələsinin səfər görüşündə fərqlənib.
Bu, oktyabrın 11-də Norveçlə səfər oyununa təsadüf edib. 54-cü dəqiqədə Mattia Stafenelli komandasının yeganə qolunun müəllifi olub.
Cari mövsümün ilk oyununda evdə Azərbaycana 0:1 hesabı ilə məğlub olan San Marino yığması mundialda sonuncu səfər qolunu DÇ-2002-nin seçmə qrup mərhələsində aprelin 25-də Latviyaya vurub.
Qeyd edək ki, San Marino dünya çempionatının seçmə mərhələləri tarixində ilk qolunu 1992-ci ildə Türkiyəyə vurub.

Teqlər:  San Marino yığması 15 ildən sonra səfərdə qolu vurub



RƏYLƏR


Top xəbərlər