Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Görümkçülər ayaqqabının dabanında narkotik aşkar edib

Görümkçülər ayaqqabının dabanında narkotik aşkar edib

Date: 12 October 2016 11:07

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda sözügedən vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının oyuqlarında beş bükümdə, ümumi xalis çəkisi 2,915 qram olan heroin və xalis çəkisi 8,354 qram olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Tags:  Görümkçülər ayaqqabının dabanında narkotik aşkar edib

RƏYLƏR


Top news