Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın müdafiə naziri döyüş bölgəsində yerləşən bölmələrdə olub

Azərbaycanın müdafiə naziri döyüş bölgəsində yerləşən bölmələrdə olub

Date: 12 October 2016 11:07

Bakı. 12 oktyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan Müdafiə naziri üzbə-üz yerləşən düşmən mövqelərini müşahidə edib.
Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub. Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib.
Səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.














Tags:  Azərbaycanın müdafiə naziri döyüş bölgəsində yerləşən bölmələrdə olub

RƏYLƏR


Top news