Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin keçmiş maliyyə naziri vəfat edib

Türkiyənin keçmiş maliyyə naziri vəfat edib

Date: 12 October 2016 11:07

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan vəfat edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş bildirib. 
Onun sözlərinə görə, 70 yaşlı sabiq nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, K.Unakıtan 1946-cı ildə Ədirnənin Süloğlu rayonuna bağlı Domurcalı kəndində anadan olub. 2002-2009-cu illərdə Türkiyənin maliyyə naziri olub. O, son illər ürək və böyrək xəstəliklərindən əziyyət çəkirdi. 

Tags:  Türkiyənin keçmiş maliyyə naziri vəfat edib

RƏYLƏR


Top news