Nazir: “Neft bazarındakı böhran əvvəlkindən çox fərqlidir”

Nazir: “Neft bazarındakı böhran əvvəlkindən çox fərqlidir”
11:08 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın enerji naziri Aleksandr Novak neft bazarındakı böhranın əvvəlkindən çox fərqli olduğunu bəyan edib.

Publika.az “Bloomberg”ə istinadən bildirir ki, Novak bu gün təkcə istehsalçıların deyil, istehlakçıların da vəziyyətdən narahat olmasını önə çəkib. Qeyd edib ki, hazırki şəraitdə Vladimir Putinin təklif etdiyi kimi hasilatı dondurmaq ən yaxşı çıxış yoludur. Son 10 ildə neft bazarlarında qiymətlərin çox yüksək olduğunu vurğulayan nazir daha sonra aşağıdakıları əlavə edib: “Hazırda əvvəlkindən fərqli vəziyyətdəyik. Daha da konkretləşdirsək, digər böhranlardan fərqli böhran yaşayırıq. Böhran uzun sürəcək. 10 ildə ucuz kreditlər aldıq. Sektora böyük sərmayələr qoyuldu. Yalnız ənənəvi ölkələr deyil, digər ölkələr də bu sahədə addımlar atdılar. OPEC bazarı nizama salmadan hasilatı artırırdı. Artıq qaya qazı var, bundan əlavə neftin dərin sulardan çıxarıldığının da şahidi olduq. Dolayısıyla indi daha çox neft hasil edilir. Qiymətlərin ucuz olması sərmayəçiləri qaçıra bilər”.

Son 2 ildə neft birjasında sərmayələrin 450 milyard dollar azaldığını qeyd edən Novak 35 böyük şirkətin bu azalmaya səbəb olduğunu önə çəkib: “Neft birjasında yeni sərmayələrə ehtiyac var. Son zamanlar OPEC ölkələrinin ortaya qoyduğu fikirlər tam yerinə düşüb. Bazarı nizamlamaq üçün hasilatı dondurmaq ən doğru yoldur”.

Novak onu da qeyd edib ki, Rusiyada 200-dən çox istehsalçı şirkət var. Onlar da hasilatı dondurmağa hazırdırlar.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR