Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Krandan daş düşməsi nəticəsində yaralananlardan biri əməliyyat edildi"

"Krandan daş düşməsi nəticəsində yaralananlardan biri əməliyyat edildi"

Date: 12 October 2016 11:12

"Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti yaxşılaşmağa doğru dəyişir".

Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alaraq Kliniki Tibbi Yardım Mərkəzinə yerləşdirilən 3 nəfərin vəziyyəti ağır stabildir. Onlardan biri dalağında yaranan problemlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Zərərçəkmiş 3 şəxs hazırda reanimasiya şöbəsindədir.

Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb.

Milli.Az


Tags:  Krandan daş düşməsi nəticəsində yaralananlardan biri əməliyyat edildi

RƏYLƏR


Top news