Bakının Xətai rayonunda ər və arvad arasında mübahisə
qanlı sonluqla bitib.
Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat
yoldaşı arasında mübahisə düşüb. Ər əvvəlcə arvadını döyüb, sonra
isə şişlə ona xəsarət yetirib. Yaralı qonşuların çağırdığı təcili
tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
3 saylı Şəhər Kliniki Xəstəxanasının həkimi Seymur Məmmədov
bildirib ki, Qısbəs Məmmədovanın bədənində 6 deşilmiş yara
olub.
Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən
şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar
davam edir. (musavat)